Yuxarı

Robert Prosineçki "Xəzər Lənkəran"ın daha bir oyununu izləyəcək

Azərbaycan yığmasının baş məşqçisi Bayıl Arenada olacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının yeni baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasında XV turun "Xəzər Lənkəran” – "Qəbələ” matçını izləyəcək. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis dekabrın 7-də "Bayıl Arena"da baş tutacaq qarşılaşmadan qeydlər aparacaq. 

Görüş saat 17:00-da başlanacaq. Bu, 45 yaşlı baş məşqçinin rəsmi təyinatından sonra izləyəcəyi ilk qarşılaşma olacaq. 

Qeyd edək ki, R.Prosineçki ilə 3 illik müqavilə bağlanılıb. Onun xorvatiyalı köməkçiləri Yanko Yankoviç, Qordan Çipriç və Draqan Spaşiçdir. Yerli məşqçi qismində isə ona Mahmud Qurbanovla Elxan Abdullayevin yardım edəcəkləri gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi