Robert Prosineçki və köməkçiləri "Qəbələ" ilə "Qarabağ"ın oyunlarını izləyəcək

Robert Prosineçki və köməkçiləri "Qəbələ" ilə "Qarabağ"ın oyunlarını izləyəcək Baş məşqçi Bakıdakı, köməkçisi Londondakı matça baxacaq
Futbol
17 Sentyabr , 2015 13:20
Robert Prosineçki və köməkçiləri Qəbələ ilə Qarabağın oyunlarını izləyəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər heyəti "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki ilk tur matçlarını izləyəcəklər. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki köməkçisi Qordon Tsipriçi İngiltərənin paytaxtı Londona göndərib. 

Q.Tsipriç “Tottenhem” – “Qarabağ” oyununu izləyəcək. R.Prosineçki və digər köməkçiləri isə “Bakcell Arena”da “Qəbələ” – PAOK qarşılaşmasına baxacaq.

Son xəbərlər

Orphus sistemi