​Robert Prosineçki Avropa çempionatının seçmə oyunlarına hazırlaşan yığma üzvləri ilə görüşüb

​Robert Prosineçki Avropa çempionatının seçmə oyunlarına hazırlaşan yığma üzvləri ilə görüşüb Baş məşqçi futbolçulara müvafiq tövsiyələrini verib
Futbol
10 Noyabr , 2015 16:38
​Robert Prosineçki Avropa çempionatının seçmə oyunlarına hazırlaşan yığma üzvləri ilə görüşüb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıda təlim-məşq toplanışında olan 21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının üzvləri ilə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis qarşıdakı məsul oyunlarda hər iki yığmaya uğurlar arzulayıb.

Millinin baş məşqçisi bildirib ki, klublarla yanaşı, aşağı yaş qruplarından ibarət yığmaların da oyunlarını həm canlı, həm də videoyazı şəklində izləyir, həmçinin bütün yığma komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edir və hər bir futbolçunun hazırlıq səviyyəsi barədə məlumata malikdir. R.Prosineçki futbolçulara müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Almaniya, noyabrın 17-də isə Bakıda Rusiya komandası ilə səfərdə qarşılaşacaq. 19 yaşadək futbolçulardan ibarət milli isə AVRO-2016-nın seçmə qrup mərhələsində bu gün Ukrayna, noyabrın 12-də Türkiyə, noyabrın 15-də isə Bosniya və Herseqovina komandaları ilə üz-üzə gələcək. U-19-un bütün oyunları Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi