Robert Prosineçki "Roma" - "Barselona" matçı haqqında danışıb

Robert Prosineçki "Roma" - "Barselona" matçı haqqında danışıb Xorvatiyalı mütəxəssis Çempionlar Liqasındakı favoritini açıqlayıb
Futbol
11 Aprel , 2018 18:45
Robert Prosineçki Roma - Barselona matçı haqqında danışıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki İtaliyanın "Roma" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı haqqında fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, "Anadolu" agentliyinə açıqlama verən xorvatiyalı mütəxəssis "Roma"nın qələbəsini sensasiya adlandırıb. 49 yaşlı mütəxəssis daha sonra Edin Cekonun çıxışını dəyərləndirib: "Ceko səfər matçında qol vurmaqla öz keyfiyyətini göstərdi. Amma o, Romadakı oyunda da yaxşı çıxış etdi. Edin Çempionlar Liqasında ən yaxşı matçını oynadı. Rəqibin müdafiəçiləri Pike və Umtiti ona qarşı aciz idilər".

Prosineçki Çempionlar Liqasının 1/4 final mərhələsinin digər cavab oyunları barədə də danışıb. O, bugünkü qarşılaşmalarda sensasiya ehtimalının az olduğunu söyləyib: "Real Madrid" belə qarşılaşmaların necə oynanıldığını bilir. Mənim favoritim "kral klubu"dur. "Bavariya" - "Sevilya" matçı da ağır oyunlardan olacaq". 

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi