Yuxarı
    Bağlamaq

    Robert Prosineçki: "Rəqib səhvləri bağışlamır"

    Azərbaycan bu qarşılaşmada 2 xal itirdi

    Malta. Ta Qali. 6 sentyabr. REPORT.AZ/ "Hava çox isti idi. Komandamı təbrik edirəm. 8 aydır Azərbaycandayam və bütün oyunları nəzərə alsaq, bu gün ən yaxşı şəkildə oynadılar".

    "Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

    Baş məşqçi Malta ilə oyun haqda bunları deyib:

    "Rəqib hesabda öndə olanda da hücum futbolu oynadıq. Öz səhvlərimizi bilirəm. Rəqib qapıya 3 dəfə zərbə vurdu və 2-si qol oldu. Bizdə isə 21 zərbə oldu, amma qol vura bilmədik".

    Xorvatiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan bu qarşılaşmada 2 xal itirdi:

    "Ancaq futbolda belə hallar olur. Səhv edirsən və rəqib səhvləri bağışlamır. Yaxşı çıxışımıza baxmayaraq rəqib bunları bağışlamadı. Azərbaycan futbolunu yaxından izləyirəm. Oyuna təkrar baxsaq, millinin gözəl oynadığını görərik. Con Terri kimi futbolçular da səhv edir. Məsələni yorğunluqla əlaqələndirməzdim".

    Rahid Əmirquliyevin dublundan danışan baş məşqçi hücum xəttinin çıxışını dəyərləndirib:

    "Ruslan meydançada çox çalışdı. İkinci qolun son ötürməsini Ruslan etdi. Bu gün Maltanın qapıçısının günü idi. Mən Ruslandan razı qalmışam. Bu istidə belə mübarizə aparan futbolçularla fəxr etməliyik".

    Qeyd edək ki, Malta - Azərbaycan matçı 2:2 hesabı ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi