Yuxarı

​Robert Prosineçki Türkiyə klubunun futbolçusunu milliyə dəvət edib

Ufuk Budakın klubuna dəvət məktubu göndərilib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Qaziantep BB" klubunda forma geyinən Ufuk Budakı yığmaya dəvət edib. "Report"un məlumatına görə, 26 yaşlı cinah müdafiəçisi millinin Avstriya toplanışında iştirak edəcək.

Mayın 23-də start götürəcək toplanış iyunun 4-də başa çatacaq. Bu müddət ərzində milli komanda Andorra, Makedoniya və Kanada yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Ufuk Budak Berti Foqtsun baş məşqçi olduğu dönəmdə də Azərbaycan millisində çıxış edib. O, cari mövsüm Türkiyə I liqasında 26 oyuna 2 qol vurub. "Qaziantep BB" 33 turdan sonra 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi