​Robert Prosineçki "Qarabağ" klubunun yoxlama oyunlarını izləyəcək

​Robert Prosineçki "Qarabağ" klubunun yoxlama oyunlarını izləyəcək Azərbaycan millisinin baş məşqçisi 2 oyuna baxacaq
Futbol
30 İyun , 2015 12:54
​Robert Prosineçki Qarabağ klubunun yoxlama oyunlarını izləyəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunun təlim-məşq toplanışında iştirak edəcək. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis iyulun 2-dən Ağdam təmsilçisinin Avstriyanın Kössen şəhərində keçirəcəyi yoxlama görüşlərini izləyəcək.

O, iyulun 3-də Rumıniyanın "Styaua", iyulun 7-də isə Rusiyanın "Lokomotiv" (Moskva) komandaları ilə matçlara baxacaq.  

Qeyd edək ki, "Qarabağ" Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ilk oyununu iyulun 15-də keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Monteneqronun "Rudar" klubunu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi