Robert Prosineçki ötən ilin simvolik komandasını açıqlayıb

Robert Prosineçki ötən ilin simvolik komandasını açıqlayıb Baş məşqçi La Liqada çıxış edən futbolçulara üstünlük verib
Futbol
9 Yanvar , 2017 10:16
Robert Prosineçki ötən ilin simvolik komandasını açıqlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2016-cı ilin simvolik komandasına layiq gördüyü heyəti açıqlayıb. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsində "Nova TV"yə verdiyi müsahibədə həmyerlilərindən yalnız İspaniya "Real Madrid"ində çıxış edən Luka Modriçin adını "11-liy"ə daxil edib.

48 yaşlı mütəxəssis daha çox İspaniya La Liqasında çıxış edən futbolçulara üstünlük verib.

Qapıçı: Yan Oblak ("Atletiko", İspaniya)

Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi "Real Madrid", İspaniya), Jerar Pike ("Barselona", İspaniya), Ektor Belyerin ("Arsenal", İngiltərə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid"), Dimitri Payet ("Vest Hem", İngiltərə), Andres İnyesta ("Barselona")

Hücumçular: Kriştianu Ronaldu ("Real Madrid"), Antuan Qrizmann ("Atletiko"), Lionel Messi ("Barselona") 

Son xəbərlər

Orphus sistemi