​Robert Prosineçki Azərbaycan millisinin rəqibinin oyununu izləyib

​Robert Prosineçki Azərbaycan millisinin rəqibinin oyununu izləyib Xorvatiyalı mütəxəssis ispaniya - Çexiya oyununda olub
Futbol
14 İyun , 2016 10:59
​Robert Prosineçki Azərbaycan millisinin rəqibinin oyununu izləyib

Bakı. 14 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatını izləyir. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis AVRO-2016-nın D qrupunda keçirilmiş İspaniya – Çexiya oyununa tribunadan baxıb. 

Tuluza şəhər stadionundakı görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Çexiya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. 

Qeyd edək ki, Azərbaycan DÇ-2018-in seçmə mərhələsinin C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə mübarizə aparacaq. Rəqiblərdən ilk 3-ü hazırda Avropa çempionatında mübarizə aparır. Çexiya ilə yanaşı, Şimali İrlandiya da 0:1 hesabı ilə Polşaya uduzub. Almaniya isə Ukraynanı 2:0 hesabı ilə yenib. 

Son xəbərlər

Orphus sistemi