Robert Prosineçki: "Komandamdan razı qaldım"

Robert Prosineçki: "Komandamdan razı qaldım" "Uşaqlar əllərindən gələni elədilər"
Futbol
26 Mart , 2016 21:45
Robert Prosineçki: Komandamdan razı qaldım

Antalya. 26 mart. REPORT.AZ/ "Mən dünən də bildirmişdim, bizim üçün çətin oyun olacaq. Hesaba baxmayaraq, komandamdan razıyam. Uşaqlar əllərindən gələni elədilər. İkinci hissədə meydana çıxan futbolçular da yaxşı oynadılar". "Report"un məlumatına görə, bunu futbol üzrə milli komandanın baş məşqçisi Robert Prosineçki deyib.

Türkiyənin Antalya bölgəsində Qazaxıstanla keçirilmiş yoldaşlıq matçından danışan xorvatiyalı mütəxəssis bunları bildirib: "Arazdan çox razı qaldım. Tapşırılan vəzifənin öhdəsindən gəldi. Müdafiəyə də kömək elədi. Hücumda da fəal idi. Ad çəkmək istəmirəm, o, pis, bu, yaxşı oyunçudu. Meydanda çıxış edən bütün futbolçularımdan, həmçinin Caviddən də razı qaldım. İlk dəqiqələrdə standart vəziyyətdə diqqətli olmadıq. Qol buraxdıq. Sonradan bunu aradan qaldıra bilmədik. Məğlubiyyətə səsas səbəb bu oldu. Nəticədən sössüz ki razı deyiləm. Səhvlərimiz var, bunları aradan qaldıracağıq".

Son xəbərlər

Orphus sistemi