Yuxarı

Robert Prosineçki: "Komandada inam qayıdıb"

Malta - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq

Malta. Ta Qali. 5 sentyabr. REPORT.AZ/ "Xorvatiyadan sonra bizi çətin oyun gözləyir. Maltanın son oyununu izləmişəm. Baxmayaraq ki, məğlub oldular, İtaliya çətinliklə qol vurdu". "Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

AVRO-2016-nın seçmə qrup mərhələsində səfərdə Malta ilə qarşılaşma haqda danışan xorvatiyalı mütəxəssis oyunöncəsi konfransda çətin oyun olacağını deyib: "Mənim futbolçuların peşəkardır və bilirlər ki, Xorvatiya ilə oyun geridə qaldı".

Baş məşqçi qrupda 3-cülük uğrunda yarışdan kənarda qalmalarının komandada psixoloji gərginlik yaratmasına bu cür münasibət bildirib: "Təəssüflər olsun ki, Azərbaycan mərhələni pis başlayıb və mən hər oyunu fikirləşirəm. Baxmayaraq ki, şansımız azdır, amma komandada inam qayıdıb".

R.Prosineçki Xorvatiya ilə oyunla müqayisədə start heyətində hər hansı bir dəyişikliyin olmadığını deyib: "Mən oyuna bir neçə gün qalmış heyəti açıqlayıram: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Cavid Taqıyevi, Əfran İsmayılov".

"Eddi İsrafilov "Eybar"da 1 oyun oynamayıb. Onun zədəsi vardı. Eddi zədəsini tam sağaldıb, amma fiziki durumu imkan vermir ki, o ilk dəqiqələrdən meydanda olsun. Bu dəfə istədim ki, Eddi gəlsin və onun formasını görüm. Sabahkı oyunda daha çox vaxt verəcəm ki, oynasın. O, yaxşı futbolçudur".

Təcrübəli mütəxəssis Maltada havanın isti olmasına və bunun komandaya təsirindən danışıb: "Hava şəraitini canlı yaşayırıq. Bunu dəyişdirmək olmaz, Bakıda da hava istidir. Məşqi oyun vaxtına saldım ki, öyrəşək. Malta da eyni şəraitdə oynayacaq. Bu bəhanə ola bilməz".

O, Pavel Paşayevlə bağlı planlarını söyləyib: "Pavel klubunda həmişə oynamır. Son bir neçə oyunu oynayır. O, maraqlı oyunçudur. Son iki oyunda Mirzəbəyova üstünlük verirəm, çünki o yaxşı oynayır. Norveçlə oyunda Pavel millinin tərkibinə zədəli gəlib. Təəssüflər olsun ki, Norveçlə oyunda kömək edə bilmədi. Ümumilikdə pis təsir bağışlamadı, amma tam razı qalmadım. Onu milliyə çağıracam və şansları da olacaq".

Qeyd edək ki, Malta - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi