​Robert Prosineçki klubların baş məşqçiləri ilə görüşəcək

​Robert Prosineçki klubların baş məşqçiləri ilə görüşəcək İki saata yaxın davam edən görüşdə belə qərar verilib
Futbol
22 Oktyabr , 2015 16:47
​Robert Prosineçki klubların baş məşqçiləri ilə görüşəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada çıxış edən klublardakı həmkarları ilə görüşəcək. Bu barədə "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, görüş noyabrın ilk həftəsində baş tutacaq: "Bu gün yığma komandaların baş məşqçiləri və köməkçiləri, Məşqçilər Komitəsi və texniki direktor Bernhard Lippert bir araya gəlib və belə qərar qəbul olunub. Hamımızın məqsədi yığma komandanın uğurlu çıxış etməsidir. Nərəzə almalıyıq ki, gələcək komanda formalaşırsa, aşağı yaş qruplarında yaxşı psixoloji vəziyyət olmalıdır. Hazırkı ab-hava bizi qane etmir".

Komitə sədri 2 saata yaxın davam etmiş görüşdə 18 və 20 yaşadək futbolçulardan ibarət yığma komandaların təlim məşq toplanışının keçiriləcəyi gün və yoldaşlıq görüşü barədə müzakirələrin getdiyini deyib. Komandalara kömək edəcək məşqçilər də müəyyənləşib. Bunlar Mahmud Qurbanovla Elxan Abdullayevdir".

V.Sadıqov bildirib ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Yaşar Vahabzadə bugünkü iclasda da rəhbərlik etdiyi komandanın məğlubiyyətləri ilə bağlı fikirlərini dilə gətirib: "O, komandadakı vəziyyəti izah etdi. Prosineçki hardasa onu başa düşdü. Gələcək oyunlarda bu kimi halların təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Qərara alındı ki, U-21 bir araya gəldikdə Prosineçki onlarla görüşsün".

Son xəbərlər

Orphus sistemi