​Robert Prosineçki: "İkinci qoldan sonra komanda həvəsdən düşdü"

​Robert Prosineçki: "İkinci qoldan sonra komanda həvəsdən düşdü" "Azərbaycan millisində çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq"
Futbol
14 Oktyabr , 2015 04:23
​Robert Prosineçki: İkinci qoldan sonra komanda həvəsdən düşdü

Bakı. 14 oktyabr. REPORT.AZ/ “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan millisində çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib çox istəkli idi".

"Report" xəbər verir ki, bu sözləri Avro-2016-nın təsnifat mərhələsində Bolqarıstan millisi ilə son oyundan sonra (2:0) keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

"Səhvlərimizi təhlil edib üzərində işləyəcəyik. Bir neçə gün öncə İtaliya millisi ilə çətin oyun keçirmişdik. Bir qədər yorğunluq var idi. İkinci hissənin əvvəllərində üstün oynadıq, ancaq rəqib ikinci qolu vurduqdan sonra komanda həvəsdən düşdü”.

Son xəbərlər

Orphus sistemi