Robert Prosineçki: "Hər kəsi stadiona dəvət edirəm"

Robert Prosineçki: "Hər kəsi stadiona dəvət edirəm" "Qələbə qazanmaq üçün hər şeyi edəcəyik"
Futbol
7 Oktyabr , 2016 20:16
Robert Prosineçki: Hər kəsi stadiona dəvət edirəm

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Beş gündür toplanışdayıq, hazırlıqdan razıyam. Baxmayaraq ki, zədəli futbolçular vardı və tam heyətlə hazırlaşa bilmədik. Ancaq sonradan vəziyyət düzəldi. Bizi çətin oyun gözləyir. İlk oyunda Almaniyaya məğlub olublar. Bizi güclü rəqib gözləyir. Mən öz komandama inanıram. Hazırıq və qələbə qazanmaq üçün hər şeyi edəcəyik".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində sabah Norveç yığması ilə baş tutacaq görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bəzi futbolçular klublarında oyun praktikasından əziyyət çəkirlər. Amma bu gün klubunda hər oyuna çıxan Vaqif Cavadov heyətdə yoxdur...

- Ramil Şeydayev və Emil Mahmudov gənc futbolçulardır. Düşünürəm ki, onlar gələcək üçün vacib oyunçulardır. Üstəlik, onların mövqeyi Vaqif Cavadovla eyni deyil. Onun mövqeyində daha yaxşı formada olan futbolçular var. Futbolçular "Trabzonspor", "Boavişta" və "Sumqayıt"da oynayırlar. Düşünürəm ki, bu klublar arasında fərq böyükdür.

- Start heyətini açıqlaya bilərsinizmi?

- Bilirəm ki, bu, hər kəsi maraqlandırır. Komanda son beş gündə yaxşı məşq edirdi. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Üzümü futbol həvəskarlarına tuturam və onları stadiona dəvət edirəm. O qədər optimistəm ki, sabahdan Azərbaycanda futbola marağın qalxacağına və millinin oyunlarına biletin çətinliklə tapılacağına inanıram. Sabah oyuna bu heyətlə başlayacam: Kamran Ağayev, Maqomed Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.

- Bədavi Hüseynovun start heyətində olmaması onun zədəsinin tam sağalmadığını göstərir?

- Bədavi iki aya yaxın futboldan kənar qalıb. Son zamanlarda "Fiorentina" və "Qəbələ"yə qarşı oynayıb. Fikrimcə, Bədavi bu gün üçün Norveçə qarşı oynamaq üçün formada deyil. Ümid edirəm ki, sabah heç kim zədə almayacaq. Maksim Medvedev mərkəz müdafiəçisi mövqeyində Bədavini təmsil edir və inanıram ki, heç bir problem olmayacaq.

FOTO: Firi Salim

Son xəbərlər

Orphus sistemi