Yuxarı
    Bağlamaq

    Robert Prosineçki: "İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır"

    Bu nəticələr təsadüfi deyil

    Bakı. 7 noyabr. REPORT.AZ/ "Dünya çempionatının seçmə qrup mərhələsinə start veriləndə heç kəs bizdən bu nəticəni gözləmirdi".

    "Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İngiltərənin "The Times" nəşrinə açıqlamasında deyib.

    Xorvatiyalı baş məşqçi komandanın uğuru üçün çox işləməyin lazım olduğunu bildirib: "Bir neçə oyunçunu dəyişdik. İnanırdıq ki, yaxşı nəticə əldə edəcəyik. Biz çox, lap çox işləyirik. Futbolçularıma inanıram. İndi hər kəs Azərbaycanın sürpriz edə biləcəyinə inanır. Bu nəticələr təsadüfi deyil. Mən və köməkçilərim komandanın müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi