Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etməyə iki namizəddən biridir

Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etməyə iki namizəddən biridir Xorvatiyalı mütəxəssislə Amar Osim arasında seçim ediləcək
Futbol
23 Dekabr , 2017 09:53
Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etməyə iki namizəddən biridir
Report/ Firi Salim

Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etməyə iki namizəddən biridir. “Report”un məlumatına görə, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyasının vitse-prezidenti Milorad Sovreniç açıqlama verib.

O bildirib ki, 48 yaşlı xorvatiyalı mütəxəssislə Amar Osim arasında seçim edəcəklər. Onun sözlərinə görə, bu barədə qərar assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul olunub: “Namizədlərlə bağlı komissiyanın hesabatını dinlədik. Siyahıda dörd namizəd olsa da, onların sayını ikiyə endirdik. Amar Osimlə Robert Prosineçki variantları üzərində dayandıq. Növbəti 7-8 gün ərzində konkret danışıqlar aparılacaq. Onların maliyyə şərtlərini, planlarını və digər məsələləri götür-qoy etdikdən sonra yekun qərar veriləcək”.

Bildirlir ki, yığmaya rəhbərlik etməyə digər iki namizəd Draqan Okuka və Vladimir Petkoviç olub. Yeni baş məşqçinin adı 2018-ci ilin əvvəlində açıqlanacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.

Son xəbərlər

Orphus sistemi