Robert Prosineçki: "Azərbaycanda çalışdığım dövrdə yığmadakı işin klubdakından xeyli fərqləndiyini gördüm"

Robert Prosineçki: "Azərbaycanda çalışdığım dövrdə yığmadakı işin klubdakından xeyli fərqləndiyini gördüm" "İtirilmiş şanslar milli komandaya daha baha başa gəlir"
Futbol
17 Yanvar , 2018 09:36
Robert Prosineçki: Azərbaycanda çalışdığım dövrdə yığmadakı işin klubdakından xeyli fərqləndiyini gördüm

Bakı. 17 yanvar. REPORT.AZ/ "Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir".

"Report"un məlumatına görə, bunu Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib. 

49 yaşlı mütəxəssis bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakından fərqli olaraq hazırlıq və analizə vaxt az qalır: "Klubla yığma futbolun tamamilə fərqli konsepsiyalarıdır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Yığmada iş isə tam fərqlidir. Yarışların təqvimi üzündən, milli komandaya itirilmiş şanslar daha baha başa gəlir".

Qeyd edək ki, Robert Prosineçki baş məşqçi kimi ilk dəfə Azərbaycan millisində çalışıb. O, 2014-cü ilin dekabrında AFFA ilə bağladığı müqaviləyə əsasən, bu postda 3 ilədək çalışıb. 

Son xəbərlər

Orphus sistemi