Riyad Rəfiyev: "Cavid İmamverdiyev getmir, "Sumqayıt"la daha bir il müqaviləsi var"

Riyad Rəfiyev: "Cavid İmamverdiyev getmir, "Sumqayıt"la daha bir il müqaviləsi var" Klub prezidenti aparıcı futbolçu ilə bağlı xəbərlərə münasibət bildirib
Futbol
18 May , 2018 16:44
Riyad Rəfiyev: Cavid İmamverdiyev getmir, Sumqayıtla daha bir il müqaviləsi var

Bakı. 18 may. REPORT.AZ/ "İmamverdiyev heç yerə getmir. Onun klubumuzla daha bir il müqaviləsi var". 

Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev futbolçu Cavid İmamverdiyevin cari mövsümün sonunda klubdan ayrılacağı barədə xəbərlərə münasibət bildirərkən deyib.

O, 28 yaşlı yarımmüdafiəçi ilə sözləşməni bir müddət əvvəl 2019-cu ilin iyununadək uzatdıqlarını əlavə edib. 

Qeyd edək ki, Cavid İmamverdiyev 2017-ci ilin mayın 4-də "Sumqayıt"a cəlb olunub. Onunla 1 illik müqavilə bağlanıb.  

Son xəbərlər

Orphus sistemi