Yuxarı

Rivaldo sahibi olduğu klubu satışa çıxarıb

Moji-Marin növbəti mövsümdən Braziliya B seriyasında mübarizə aparacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ FİFA versiyası üzrə 1999-cu ilin ən yaxşı futbolçusu Rivaldo özünün sahibi olduğu "Moji-Mirin" klubunu satmağı qərara alıb. "Report"un məlumatına görə, braziliyalı sabiq dünya çempionu "İnstagram" səhifəsində elan yerləşdirib. 

"Maraqlananlar "mmecinvest@gmail.com" ünvanına müraciət edə bilərlər" deyə 42 yaşlı ulduz yazıb. 

Qeyd edək ki, "Moji-Marin" növbəti mövsümdən Braziliya B seriyasında mübarizə aparacaq. Rivaldo 2008-ci ildən klubun prezidenti idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi