Yuxarı
    Bağlamaq

    ​Rivaldo 43 yaşında futbola qayıdıb

    Braziliyalı klub prezidenti 68 dəqiqə meydanda olub

    Bakı. 8 iyul. REPORT.AZ/ Braziliyanın 2-ci liqasında çıxış edən "Moqi Mirim" futbol klubunun prezidenti Rivaldo yenidən yaşıl meydanlara qayıdıb. "Report"un məlumatına görə, sabiq hücumçu "Nautiko" ilə keçirilən matçda forma geyinib. 

    O, 68 dəqiqə meydanda qalıb. Rivaldonun meydanda olduğu müddətdə 0:1 hesabı ilə geridə olan "Moqi Mirim" 43 yaşlı futbolçunun əvəzlənməsindən sonra 2 qol vuraraq qələbə qazanıb.

    Oyundan sonra jurnalistlərə açıqlama verən Rivaldo gənclərə nümunə olmaq üçün bu cür addım atdığını deyib: "Bir il 3 aylıq fasilədən sonra yenidən meydana qayıtdım. 20 gündür ki, məşqlərə start vermişəm".

    Qeyd edək ki, braziliyalı Rivaldo 2014-cü ildə futbolçu karyerasını başa vurub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi