Rio-2016-nın iştirakçısı Türkiyə klubunda çıxış edəcək

Rio-2016-nın iştirakçısı Türkiyə klubunda çıxış edəcək Transfer müddəti açıqlanmır
Futbol
11 Avqust , 2016 16:34
Rio-2016-nın iştirakçısı Türkiyə klubunda çıxış edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu heyətini Cənubi Koreyadan olan futbolçu ilə gücləndirib. 

"Report"un məlumatına görə, Portuqaliyanın "Portu" klubunda çıxış edən Hyun-Jun Suk "bordo-mavilər"in uğuru üçün çalışacaq.

Futbolçunun hansı müddətə transfer edildiyi açıqlanmır. Yerli mətbuat Sukun transferi üçün 750 min avro ödənildiyini bildirib.

Qeyd edək ki, Hyun-Jun Suk Cənubi Koreya yığmasının futbolçusudur. Onun çıxış etdiyi komanda Rio-2016 Yay Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib. Cənubi Koreyanın rəqibi Honduras yığması olacaq və oyun avqustun 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi