Yuxarı
    Bağlamaq

    Rinat Dasayev: "Marko van Bastenin zərbəsini qaytara bilərdim" - VİDEO

    Yubilyar xatirələrini bölüşüb

    Bakı. 13 iyun. REPORT.AZ/ Rusiya "Spartak"ının əfsanəvi qapıçısı Rinat Dasayev SSRİ yığması ilə bağlı ən parlaq xatirələrini bölüşüb. 

    "Report"un məlumatına görə, bu gün 60 yaşı tamamlanan Dasayev UEFA-nın rəsmi saytına açıqlamasında 1982 və 1986-cı il dünya çempionatlarında əla komandaya malik olduqlarını vurğulayıb.

    Onun fikrincə, həmin kollektiv mükafatlara layiq yerlərə iddia edə bilərdi. Yubilyar 1988-ci il Avropa çempionatında Hollandiyaya 0:2 hesabı ilə uduzduqları final oyununu da yada salıb: "Biz gümüş medal qazansaq da, Hollandiyadan çox şanslı idik. Amma rəqib təsadüfi qollar vurdu. Bilirsiniz, uğur güclülərə kömək edir. Nə etmək olar? O vaxt uğur rəqibin tərəfində idi".

    Dasayev Marko van Bastenin vurduğu ikinci qol zamanı topu qaytara bilməməsinin səbəbini də açıqlayıb: "İstənilən zərbəni dəf etmək olar. Yəni, mövqe seçib uçuş trayektoriyasını hesablamaq mümkündür. Van Bastenin zərbəsi istisna deyil, onu qaytara bilərdim. Bəli, top qövsvari, amma sürətlə uçdu. Düşündüm ki, yandan keçəcək. Ola bilsin, tutduğum mövqe komandanı xilas etmək baxımından elə də doğru deyildi".

    Qeyd edək ki, Hollandiya ilə final matçında SSRİ yığmasının qapısına ilk qolu Ruud Qullit vurub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi