Rinat Bilyaletdinov: "Neftçi"dən buraxdığımız qol hərtərəfli araşdırma üçün səbəb olacaq"

Rinat Bilyaletdinov: "Neftçi"dən buraxdığımız qol hərtərəfli araşdırma üçün səbəb olacaq" "Mənə rəqibin əvəzindən danışmaq çətindir"
Futbol
23 Yanvar , 2018 09:27
Rinat Bilyaletdinov: Neftçidən buraxdığımız qol hərtərəfli araşdırma üçün səbəb olacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ "Belə hesabla qalib gəldikdən sonra hansısa narazılıq bildirmək yəqin ki, düzgün olmazdı".

"Report"un məlumatına görə, bunu Rusiyanın "OİK-Xabarovsk" komandasının baş məşqçisi Rinat Bilyaletdinov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı "Neftçi"ni 8:1 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra deyib. Təcrübəli mütəxəssis bildirib ki, belə hesaba səbəb olan epizodları möhkəmləndirmək lazımdır: "Bu gün standart vəziyyətlərdən yaxşı yararlandıq. Əlbəttə, topun hər dəfə künclərə uçuşunun təmin olunduğunu demək çətindir. Amma oyunçularım bunu etməyə qadir olduqlarını göstərdilər. Yağışa rəğmən, meydanda kifayət qədər düz idi. Bu da bizə yüksək sürətlə oynamaq imkanı verirdi. Buraxdığımız qol isə hərtərəfli araşdırma üçün səbəb olacaq".

R.Bilyaletdinov bu görüşü Albaniya "Tirana"sı ilə 2:2 hesablı heç-heçə etdikləri əvvəlki yoxlama matçı ilə müqayisə edib: "Bu gün qollarımızın sayı daha çox oldu. Yenə oyunun əvvəlini sürətli başladıq. Rəqib isə bunu gözləmirdi. "Tirana" ilə matçda sürətli qolu bizə fikri yayınan qapıçı hədiyyə etdisə, bu gün biz hər şeyi təşkil etdik. Mənə rəqibin əvəzindən danışmaq çətindir. Ola bilər, onlar da böyük yükləmələr altındadırlar, yaxud kollektiv oyunları oturuşmayıb. Amma bu gün biz daha sürətli idik. Bu da elə əvvəlcədən belə böyük üstünlüyümüzü müəyyənləşdirdi".

Qeyd edək ki, "OİK-Xabarovsk" Rusiya Premyer Liqasında 20 turdan sonra 12 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb. "Neftçi" isə Azərbaycan Premyer Liqasında 14 turdan sonra 16 xalla 5-cidir. 

Son xəbərlər

Orphus sistemi