Riçard Qadze: "Azərbaycan çempionatında çox şey dəyişib" - MÜSAHİBƏ

Riçard Qadze: "Azərbaycan çempionatında çox şey dəyişib" - MÜSAHİBƏ Bir mövsümlük fasilədən sonra Zirəyə dönən Riçard Qadze Sabahı 2:0 hesabı ilə məğlub etdikləri debüt matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
26 Oktyabr , 2019 21:16
Riçard Qadze: Azərbaycan çempionatında çox şey dəyişib - MÜSAHİBƏ

Bir mövsümlük fasilədən sonra "Zirə"yə dönən Riçard Qadze "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri debüt matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" qanalı hücumçu ilə müsahibəni təqdim edir:

- Bu gün hər iki qolun ötürməsini verdiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?

- Əvvəlcə komanda, sonra fərdi nailiyyətlər gəlir. Öz evimə qayıtmışam, uzun müddətdir bu anı gözləyirdim. Özümün və komandanın performansından məmnunam.

- Sizin Azərbaycanda olmadığınız müddətdə Premyer Liqada nələr dəyişib?

- Dəyişən şeylər çoxdur. Yerində qalan nəsə yoxdur. Öz komandamla fəxr edirım.

- Baş məşqçi fiziki cəhətdən tam hazır olmadığınızı deyirdi. Amma bu gün yaxşı oynadınız və iki məhsuldar ötürmə verdiniz. Bu, hələ sizin ideal formanız deyil?

- Baş məşqçimiz sözlərində haqlı idi. Çünki 3 aydır futboldan kənar idim, 2 həftədir komanda ilə məşq edirəm. Çıxışım insanın məqsədləri ilə bağlıdır. Belə olan halda nə istədiyini bilirsən. Baş məşqçinin etimadını da yüksək qitmətləndirirəm. Bu, bizim aramızda olan hörmətdən irəli gəlir.

- Rumıniyanın "Voluntari" klubundan niyə ayrıldınız? Deyilənə görə, orada legionerlərə münasibət yaxşı olmayıb.

- Bu, təkcə oynamaqla bağlı problemlər deyildi. Həmçinin viza ilə bağlı sıxıntı vardı. Biz qarşılıqlı anlaşma ilə müqaviləyə xitam verdik.

- Rumıniya çempionatı bizi çox qabaqlayır?

- Elə də çox böyük fərq yoxdur. Sadəcə olaraq, kəskin fərq komandaların sayındadır.

- "Sabah"a keçmək variantınız vardı.

- Bəli, danışıqlar gedirdi, ancaq birdən dayandı. Heç bir rəsmiyyət yox idi, belə alındı.

Son xəbərlər

Orphus sistemi