Yuxarı

Riçard Almeyda: "Vurduğum qolu ailəmə həsr edirəm"

Riçard Almeyda: "Vurduğum qolu ailəmə həsr edirəm"

Bakı. 24 sentyabr. REPORT.AZ/ “Astana”da ilk qolumu vurduğum üçün xoşbəxtəm”. 

“Report” xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Qazaxıstan Premyer Liqasının XXVII turunda ”Akjayık"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri görüşündən sonra deyib. 

29 yaşlı yarımmüdafiəçi vurduğu ilk qolla komandasına kömək etdiyi üçün məmnunluq ifadə edib: "Bu qolu komanda yoldaşlarıma, azarkeşlərimizə və əlbəttə, bu gün səhər Qazaxıstana gələn ailəmə həsr etmək istərdim. Təbii ki, qol vurmaq bütün oyunçular kimi mənim də xoşuma gəlir. Lakin mən qarşıma çoxlu qol vurmaq hədəfi qoymuram. Komandama oyunumla kömək etmək istəyirəm. Bunu qollarımla edə bilsəm, ikiqat xoşbəxt olaram. Lakin bu, meydanda olduğum vaxt komanda yoldaşıma ötürmə verməyimə heç vaxt mane olmayacaq". 

Qeyd edək ki, Riçard Almeyda "Akjayık"la görüşün 23-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi