Riçard Almeyda Millətlər Liqasının qrup mərhələsində dəqiq ötürmə verənlərin siyahısında ilk pillədə qərarlaşıb

Riçard Almeyda Millətlər Liqasının qrup mərhələsində dəqiq ötürmə verənlərin siyahısında ilk pillədə qərarlaşıb Bakı. 21 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb.
Futbol
21 Noyabr , 2018 11:46
Riçard Almeyda Millətlər Liqasının qrup mərhələsində dəqiq ötürmə verənlərin siyahısında ilk pillədə qərarlaşıb

Bakı. 21 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda 6 tur ərzində dəqiq ötürmə verən futbolçuların siyahısında ilk pillədə qərarlaşıb.

30 yaşlı yarımmüdafiəçi 454 dəqiq ötürmə ilə bütün futbolçuları qabaqlayıb.

Millətlər Liqasının qrup mərhələsində ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviç olub. 24 yaşlı hücum 6 dəfə rəqib qapılarına yol tapıb.

San-Marinonun qapıçısı Elia Benedettini "seyv” sayında zirvədə yer alıb. O, 16 top buraxdığı halda, 41 dəfə komandasını qoldan xilas edib.

Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə bilavasitə yardımçı olub.

Millətlər Liqasının qrup mərhələsində çox qol vuran yığma isə Kosovodur. Komandanın futbolçuları 15 dəfə fərqləniblər.

Qeyd edək ki, Azərbaycan milli komandası qrup mərhələsinin VI turunda Kosovoya 0:4 hesabı ilə məğlub olduqdan sonra turnirlə vidalaşıb.  

Son xəbərlər

Orphus sistemi