Riçard Almeyda: "Komandamız yaxşı mübarizə apardı"

Riçard Almeyda: "Komandamız yaxşı mübarizə apardı" "Qarabağ"ın futbolçusu jurnalistlərin suallarını cavablandırıb
Futbol
28 Sentyabr , 2017 00:24
Riçard Almeyda: Komandamız yaxşı mübarizə apardı

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının II turu çərçivəsində Bakıda İtaliya təmsilçisi "Roma"ya 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Matçla bağlı nə deyə bilərsiniz?

- İlk 20 dəqiqəni nəzərə almasaq, komanda yaxşı təsir bağışladı. “Çelsi” ilə oyunu müqayisə etsək, komandamız həqiqətən də yaxşı mübarizə apardı. Hesabı bərabərləşdirmək üçün şansımız olsa da, əvvəllcə top ayağımın altında qaldı. Dinonun da son dəqiqələrdə bərabərlik qolunu vurmaq üçün şansı vardı.

- Hücumlar qurulsa da, top istənilən yerə ötürülmürdü. Tələsdiyiniz üçün bu cür oynayırdınız?

- Fasilə zamanı baş məşqçimiz bizə sakitləşməyi tapşırdı. Dedi ki, ancaq öz oyunumuzu oynayaraq qol vəziyyətləri yarada bilərik. Daha çox qol vəziyyətlərini ikinci hissədə yaratdıq. Rəqibin yaxşı müdafiə xəttinin olmasını da unutmamalıyıq.

- Rəqib futbolçularla futbol köynəyinizi dəyişdiniz?

- Bəli, Perezlə dəyişdim. Braziliyada bir yerdə oynamışıq.

- İlk dəfə olaraq Azərbaycanda futbol oyununa bu qədər azarkeş gəlmişdi...

- Onlar bizim 12-ci oyunçumuzdurlar. Hətta iki qol buraxandan sonra da bizi dəstəkləyirdilər. Təbii ki, özümüz də Azərbaycan xalqını və ailəmizi sevindirmək üçün xarakter nümayiş etdirməliydik.

- Azarkeşlər bir neçə epizoda hakimlərə çox qəzəbləndilər, narazı qaldılar. Bəs futbolçular necə?

- Hakim portuqaliyalı idi, onunla danışdım, “Roma”nın xeyrinə qərarlar verdiyini dedim. Bildirdim ki, oyunu rəqibin xeyirinə çox saxlayırsan.

- Bu gün vurduğunuz qol gələcək oyunlarda sizə necə motivasiya verə bilər?

- Qol vurmaq o qədər də önəmli deyil. Əsas xarakter nümayiş etdirməkdir. Bunu edəndə qol özü gəlir.

Son xəbərlər

Orphus sistemi