Yuxarı

Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb

Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib.

"Qarabağ"dan ayrılan Braziliyaəsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi