"Reyncers" futbol klubunun direktoru ​istefa verib

"Reyncers" futbol klubunun direktoru ​istefa verib Buna Kris Qremin atdığı tvit səbəb olub
Futbol
14 Mart , 2015 12:32
Reyncers futbol klubunun direktoru ​istefa verib

Bakı. 14 mart. REPORT.AZ/ Şotlaniyanın "Reyncers" futbol klubunun direktoru Kris Qrem tutduğu vəzifədən istefa verib. 

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, buna səbəb onun sosial şəbəkələrin birində islamla bağlı yazdığı tvit olub.

Martın 10-da vəzifəsinin icrasına başlayan Qrem yazışma zamanı din adamı Ancem Çaudariyə Məhəmməd peyğəmbərin karikaturasını göndərib. Bundan sonra 38 yaşlı Qremə ətrafı və sosial şəbəkə istifadəçilərindən təzyiqlər başlayıb.

Təzyiqlərdən sonra Qrem öz istəyi ilə istefaya getmək qərarı alıb.

Qeyd edək ki, Kris Qremin bu tviti Parisdə 12 nəfərin ölümü ilə nəticələnən "Charlie Hebdo" jurnalının redaksiyasına hücum olunan gün yayımlanıb.  

Son xəbərlər

Orphus sistemi