Reynaldonun çıxış etdiyi klubun baş məşqçisi istefa verib

Reynaldonun çıxış etdiyi klubun baş məşqçisi istefa verib Levent Şahin "Adanaspor"la vidalaşıb
Futbol
10 Aprel , 2017 09:49
Reynaldonun çıxış etdiyi klubun baş məşqçisi istefa verib

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyənin "Adanaspor" futbol komandasının baş məşqçisi Levent Şahin tutduğu vəzifədən istefa verib. "Report"un məlumatına görə, bu barədə 44 yaşlı mütəxəssis Super Liqanın XXVII turunda evdə "Çaykur Rizespor"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra bildirib.

Şahin komandanın uğursuzluqlarında heç kimi günahlandırmadığını və yalnız özünün məsuliyyət daşıdığını söyləyib.

Qış fasiləsində "Qarabağ"ın hücumçusu Reynaldo "Adanaspor"a keçib. O, "Çaykur Rizespor"la matçda meydana 70-ci dəqiqədə - komandası 0:2 hesabı ilə geridə olduğu vaxt daxil olub. 27 oyundan sonra "Adanaspor" 20 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində yer alıb. Levent Şahin "Adanaspor"a 2016-cı ilin dekabrında baş məşqçi təyin olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi