"Qarabağ"ın məşhur futbolçusu qəza törədib - VİDEO

"Qarabağ"ın məşhur futbolçusu qəza törədib - VİDEO Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib
Futbol
2 İyun , 2016 09:45
Qarabağın məşhur futbolçusu qəza törədib - VİDEO

Bakı. 2 iyun. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb. "Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib. 

Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosikl sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.    

Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib. 

Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir. 

Son xəbərlər

Orphus sistemi