Reynaldo: "Bizi sabah çox çətin oyun gözləyir"

Reynaldo: "Bizi sabah çox çətin oyun gözləyir" "Onları yetərincə analiz etmişik"
Futbol
30 Sentyabr , 2015 16:24
Reynaldo: Bizi sabah çox çətin oyun gözləyir

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Bizi sabah çox çətin oyun gözləyir. Həm hücum, həm də müdafiədə yaxşı çıxış edən komanda ilə qarşılaşacağıq". "Report"un məlumatına görə, bunu Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçı öncəsi "Qarabağ"ın futbolçusu Reynaldo deyib.

26 yaşlı hücumçu bildirib ki, sabiq komandası Avrokubok təcrübəsinə malik olsa da, uğurlu nəticə üçün azarkeşlərin dəstəyilə əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar: "İstənilən komandaya, o cümlədən "Anderlext"ə qarşı əlimdən gələni edirəm ki, yaxşı hazırlaşım. Sabah qapıçı Silvio Protonu və başqa dostlarımı görməkdən şad olacağam. Amma biz meydanda rəqibik. Təbii ki, "Anderlext"in müdafiəçilərini yaxşı tanıyıram. Onları yetərincə analiz etmişik. Əlimdən gələni edəcəyəm ki, uğurlu nəticə göstərək".

Qeyd edək ki, Reynaldo Silva 2008-2013-cü illərdə müqavilə ilə "Anderlext"ə məxsus olub.

"Qarabağ"ın Belçika təmsilçisi ilə qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 22:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi