Məşhur futbolçu I Divizion klubu ilə müqavilə bağlayıb

Məşhur futbolçu I Divizion klubu ilə müqavilə bağlayıb Bakı. 23 yanvar. REPORT.AZ/ İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib.
Futbol
23 Yanvar , 2019 13:32
Məşhur futbolçu I Divizion klubu ilə müqavilə bağlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib.

“Report” xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını vətənində I Divizion təmsilçisi “Estremadura”da davam etdirəcək. O, yeni klubu ilə 6 aylıq müqavilə bağlayıb.

Hazırda düşmə zonasında olan “Estremadura” 21 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Reyesin son iş yeri Çinin “Sintszyan Tyançan Leopard” klubu olub. O, İspaniyanın “Real Madrid”, “Atletiko”, “Sevilya”, “Espanyol”, “Kordoba”, eləcə də İngiltərənin “Arsenal” və Portuqaliyanın “Portu” komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi