"Rəvan" klubunun sabiq baş məşqçisi Türkiyənin I Liqa komandasına rəhbərlik edəcək

"Rəvan" klubunun sabiq baş məşqçisi Türkiyənin I Liqa komandasına rəhbərlik edəcək Güvenç Kurtar "Adanaspor"a baş məşqçi təyin olunub
Futbol
12 Yanvar , 2015 09:53
Rəvan klubunun sabiq baş məşqçisi Türkiyənin I Liqa komandasına rəhbərlik edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında çıxış edən "Adanaspor" komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Güvenç Kurtar gətirilib. 

65 yaşlı mütəxəssis səhhətindəki problemlərlə əlaqədar istefa verən Levent Erişi əvəzləyib. Onunla rəsmi müqavilə bu gün bağlanacaq. 

Qeyd edək ki, Güvenç Kurtarın son iş yeri 2014-cü il yanvarın 7-dən mayın 19-dək rəhbərlik etdiyi Azərbaycan "Rəvan" klubu olub. Lakin o, komandanın Premyer Liqada qalmasını təmin edə bilməyib. Ötən mövsümün sonunda turnir cədvəlində axırıncı yeri tutan Bakı təmsilçisi I diviziona enib. Bundan sonra G.Kurtar istefaya göndərilib.  

Son xəbərlər

Orphus sistemi