​"Rəvan" klubu futbolçuların maaşlarını ödəyib

​"Rəvan" klubu futbolçuların maaşlarını ödəyib Maaşlar bu gün ödənilib
Futbol
19 May , 2016 18:11
​Rəvan klubu futbolçuların maaşlarını ödəyib

Bakı. 19 may. REPORT.AZ/ "Rəvan" klubu futbolçuların maaşlarını ödəyib. Bu barədə "Report"a komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

O bildirib ki, aprelin maaşları tam ödənilib: "Saat 16-dan etibarən futbolçuların maaşları ödənilməyə başlanıb. Komanda sabahkı - "Xəzər Lənkəran"la oyuna yüksək əhval-ruhiyyədə çıxacaq. Rəqib də qələbə üçün gələcək. Mən duyğusal insanam. İstəməzdim ki, "Xəzər Lənkəran" kimi komanda bu vəziyyətə düşsün. Ancaq bu elə oyundur ki, iki komandadan birini mövsümü son pillədə başa vurmağa məcbur edəcək".

Qeyd edək ki, mayın 20-də "Bayıl Arena"da keçiriləcək "Rəvan" - "Xəzər Lənkəran" matçı sat 17:00-da başlayacaq. "Rəvan" komandasında maaşların gecikməsi səbəbindən son tur öncəsi narazılıq yaranmışdı. 

Son xəbərlər

Orphus sistemi