Yuxarı

​"Rəvan" klubunda futbolçuların maaşları ödənilib

Məşqçilər əmək haqlarını bu gün alacaqlar

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan Bakının "Rəvan" klubunda futbolçuların yanvar ayına olan maaşları ödənilib. Bu barədə "Report"a komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

Onun sözlərinə görə, məşqçilər heyətinin əmək haqlarını bu gün alacaqlar. Baş məşqçi bildirib ki, ötən ilin noyabr-dekabr borcları fərdi şəkildə futbolçulara hissə-hissə ödəniləcək. "Sarı-qırmızılar" bu gün Azərbaycan Premyer Liqasının XXI turunun son oyununda "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, maddi problemlə üzləşən "Rəvan" klubu bir müddətdir futbolçuların maaşlarını ödəyə bilmir. Nəticədə bir neçə futbolçu komandanı tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi