​"Rəvan" klubunda futbolçuların maaşları ödənilib

​"Rəvan" klubunda futbolçuların maaşları ödənilib Məşqçilər əmək haqlarını bu gün alacaqlar
Futbol
15 Fevral , 2016 12:12
​Rəvan klubunda futbolçuların maaşları ödənilib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan Bakının "Rəvan" klubunda futbolçuların yanvar ayına olan maaşları ödənilib. Bu barədə "Report"a komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

Onun sözlərinə görə, məşqçilər heyətinin əmək haqlarını bu gün alacaqlar. Baş məşqçi bildirib ki, ötən ilin noyabr-dekabr borcları fərdi şəkildə futbolçulara hissə-hissə ödəniləcək. "Sarı-qırmızılar" bu gün Azərbaycan Premyer Liqasının XXI turunun son oyununda "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, maddi problemlə üzləşən "Rəvan" klubu bir müddətdir futbolçuların maaşlarını ödəyə bilmir. Nəticədə bir neçə futbolçu komandanı tərk edib.

Son xəbərlər

Orphus sistemi