​Respublika stadionunda insident baş verib

​Respublika stadionunda insident baş verib "Qarabağ" -"Anderlext" matçından sonra belçikalı azarkeşlər meydana daxil olmaq istəyib
Futbol
2 Oktyabr , 2015 00:09
​Respublika stadionunda insident baş verib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Anderlext" oyunundan sonra insident baş verib.

"Report" xəbər verir ki, matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.

Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi