Yuxarı

Rəşad Sadiqovun vəziyyətinə aydınlıq gəlib

Futbolçu İnterlə oyunu buraxacaq

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz"lə oyunda zədələnən "Qəbələ"nin futbolçusu Rəşad Sadiqovun MRT müayinəsindən sonra vəziyyətinə aydınlıq gəlib. 

Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, kapitana sağ bud əzələsinin dartılmadan əmələ gələn qan sızması diaqnozu qoyulub: "Rəşad Premyer Liqanın ikinci turunda "İnter"ə qarşı çıxış edə bilməyəcək. Ancaq "Maribor"la cavab oyununa yetişəcək. Sloveniya klubu ilə ilk görüşə gəlincə, Rəşadın meydana çıxıb-çıxmayacağına oyun ərəfəsində qərar veriləcək".

Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu avqustun 12-də keçiriləcək. "Maribor"la birinci görüş avqustun 18-də Bakıda, cavab oyunu isə bir həftə sonra Sloveniyada olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi