Rəşad Sadıqov start heyətində yer almayıb

Rəşad Sadıqov start heyətində yer almayıb "Qarabağ" və "Kopenhagen" komandalarının start heyətləri açıqlanıb
Futbol
15 Avqust , 2017 18:52
Rəşad Sadıqov start heyətində yer almayıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək Çempionlar Liqasının ilk "pley-off" matçı üçün start heyətləri açıqlanıb. 

"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Rəşad Sadıqov "11-liy"ə daxil edilməyib. Zədədən sonra bərpa dövrü keçən Sadıqov ehtiyat oyunçular skamyasında yer alıb.

"Qarabağ": 13. İbrahim Şehiç, - 5. Maksim Medvedev (kap.), 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov - 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda - 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu

"Kopenhagen": 25. Robin Olsen - 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist (kap.), 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi