​Rəşad Sadıqov: "Sabah ancaq aqressiv oyun oynayacağıq"

​Rəşad Sadıqov: "Sabah ancaq aqressiv oyun oynayacağıq" "Bizim oyun üslubumuz, sistemimiz yüz faiz dəyişib"
Futbol
2 Sentyabr , 2015 21:22
​Rəşad Sadıqov: Sabah ancaq aqressiv oyun oynayacağıq

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Səfərdə rəqibə böyük hesabla məğlub olmuşuq və bu, son illərin ən acı məğlubiyyəti olub. Çalışırıq ki, bu haqda düşünməyək".

"Report"un məlumatına görə, futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Xorvatiya yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi mətbuat konfransında belə deyib.

Təcrübəli müdafiəçi meydana rəqib komandanın fikirləri əsasında yox, bütün tapşırıqları yerinə yetirmək üçün çıxacaqlarını bildirib: "Biz sabah Azərbaycan millisini təmsil edəcəyik. Çalışacağıq ki, təxribata getməyək, ancaq aqressiv oyun oynayacağıq. Rəqibin heyətində ulduz futbolçular var, amma bu, böyük önəm daşımır. Müasir futbolda məşqçi amili böyük rol oynayır. Bizim oyun üslubumuz, sistemimiz yüz faiz dəyişib. Bu səbəbdən gücü məşqçidə görmək normaldır".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi