Rəşad Sadıqov "Roma" klubunun düşərgəsinə yollanıb

Rəşad Sadıqov "Roma" klubunun düşərgəsinə yollanıb "Qarabağ"ın kapitanı paytaxt təmsilçisinin məşqlərini izləyəcək
Futbol
12 Dekabr , 2017 15:31
Rəşad Sadıqov Roma klubunun düşərgəsinə yollanıb
Rəşad Sadıqov

Bakı. 12 dekabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.

Bu barədə “Report”a Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.

O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12 - 15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının XVII tur matçını izləyəcək. 

Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi