Bakı. 28 Avqust. REPORT.AZ/ "Bütün azarkeşləri, futbol cameəmizi və xalqımızı bu qələbə münasibətilə təbrik edirəm. Bu, hamımızın birgə qələbəsidir. Qələbəyə çox ehtiyacımız var idi. Hansı adı daşıdığımızı, məsuliyyətimizi dərk edirik. Layiqli oyun sərgiləyərək, qələbə qazandıq".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı
Meydançadan şikayətlənən futbolçu "Seltik"lə matçda da qazonda problemin olduğunu qeyd edib:
"Meydanda bir az problem var idi. Bu, hər iki komanda üçün eyni idi. Oyundan öncə bu vəziyyətin bizə daha çox çətinlik yaradacağını düşünürdük. Çünki biz daha texnikalı oynayan komandayıq. Rəqib isə istədiyi vaxt uzun ötürmələrdən yararlanaraq, bizi çətin vəziyyətə sala bilirdi".
Futbolçuların yeri gəldikdə texnikalı, lazım olduqda isə mübariz oyun sərgilədiklərini diqqətə çatdıran komanda kapitanı onların hər biri ilə fəxr etdiyini dilə gətirib. R.Sadıqov bildirib ki, məşqçilər də oyundan əvvəl hesabı qorumağa çalışmamaq, hücumlar təşkil etmək, meydanın durumuna fikir verməmək kimi tapşırıqlar veriblər.