Yuxarı

Rəşad Sadıqov: "Qələbə qazanmaq bizim üçün vacib idi" - MÜSAHİBƏ

Rəşad Sadıqov: "Qələbə qazanmaq bizim üçün vacib idi" - MÜSAHİBƏ
© Foto: "Report"

Gəncə. 14 aprel. REPORT.AZ/ Topaz Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, komandanın kapitanı öncə oyun barədə fikirlərini bölüşüb:

- Maraqlı oyun keçdi. Bizim üçün qələbə qazanmaq vacib idi. Qələbə də qazandıq. Gəncədəki oyunlar həmişə ağır keçir. Komandanın sonuncu pillədə olması və iddialı çıxış etməsi bunu dəyişə bilməz. Meydança yaxşı və pis də olsa, burdakı qarşılaşmalar gərgin keçir.

Bu görüş də belə oyunlardan biri idi. Matç bizim üçün yaxşı keçdi. Topa nəzarət edən tərəf biz idik. Rəqibin standart vəziyyətlərində çətinliklə üzləşdiq. Qələbə münasibəi ilə həm futbolçuları həm də azarkeşləri təbrik edirəm.

- "Qəbələ” bu tur məğlub olsa, 5 tur öncədən çempionluq təmin olunur...

- Mənim bildiyimə görə, uduzsa da təmin etmirik. Üstünlüyümüz var. Sona qədər diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolda arxayınlaşmaq olmaz.

- Son 5 turun hamısında məğlub olmağınız inandırıcı deyil...

- Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr olsun.

- Oyunun ikinci hissəsində sanki komanda biraz arxayınlaşdı. Bunu hiss etdinizmi?

- Xeyr. Birinci qoldan sonra biraz oldu. İlk hissənin sonlarında oyunu itirdik. İkinci hissədə isə oyuna daha çox nəzarət edirdik. Mən heç bir arxayınçılıq hiss etmədim.

- Özünüz də qeyd etdiniz ki, standart vəziyyətlərdə çətinliklə üzləşdiniz. Müdafiəçilər sanki rəqibə uduzurdu. Bunun səbəbi nə idi?

- Standart vəziyyətlərdə təkcə müdafiəçilər yox, bütün komanda çətinlik çəkdi. Bu "Kəpəz”in üstünlüyüdür. Rəqibin heyətində başla yaxşı oynayan futbolçuları var. Bu isə bizim zəif cəhətlərimizdən biridir. İkinci mərtəbədə oynaya bilmirik. Bu gün də biruzə verdi.

- Ramil Şeydayev fərqləndi. Düşünürsünüzmü onun U-21 milli komandada olması əlavə motivasiya yaratdımı?

- Ramilin qol vurması, yaxşı oynaması bizim üçün sevindirici haldır. Bundan əvvəlki turda da yaxşı oynadı. Sevincidiri hal odur ki, düşdüyü durumdan məyus olmur və sona qədər mübarizə aparır. Artıq onun yaxşı praktikası var. Hər həftə əsas heyətdə oynayır. Tənbəllik etmir. Lazım olsa əvəzedici heyətdə də oynayır. Bu gün də bəhrəsini gördü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi