Rəşad Sadıqov məşqçi kurslarında təhsilə başlayıb

Rəşad Sadıqov məşqçi kurslarında təhsilə başlayıb Azərbaycan yığmasının kapitanı B kateqoriyalı məşqçi kursuna qatılıb
Futbol
7 Mart , 2016 16:07
Rəşad Sadıqov məşqçi kurslarında təhsilə başlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov məşqçi kursunda təhsilə başlayıb. "Report"un məlumatına görə, təcrübəli müdafiəçi bu gündən Bakıda AFFA-nın təşkil etdiyi UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə qatılıb. 

Aslan Kərimov və Osman Rəhimovun rəhbrəliyi ilə keçirilən məşğələlərə martın 10-da yekun vurulacaq.

Kursun 2-ci mərhələsi 14 - 17 martda, 3-cü mərhələsi 28 - 31 martda, dördüncü - yekun hissəsi isə 4 - 9 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi