Yuxarı

Rəşad Sadiqov: "Krasnodar" və PAOK-la oynamaq gücündəyik

Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik

Bakı. 13 sentyabr. REPORT.AZ/ " "İnter" ilə oyunda itirdiyimiz xalları növbəti oyunlarda qazanacağımız qələbələrlə bərpa etməyə çalışacağıq".

"Report" xəbər verir ki, bu sözləri Bakı klubu ilə oyunda 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov bildirib.

O, məğlubiyyətin UEFA Avropa Liqası oyunu öncəsi komandanın əhval-ruhiyyəsinə təsir etməyəcəyini söyləyib:

"Qrupdan çıxmaq istəyiriksə, evdəki oyunlarda qələbə qazanmaq lazımdır. Avropa Liqasında asan rəqib yoxdur. "Borussiya"nı çıxmaq şərti ilə "Krasnodar" ilə PAOK-un gücü eynidir. İkisi ilə də oynamaq gücündəyik. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Mən artıq bir dəfə qrup mərhələsində oynamışam, lakin qrupdan çıxmamışam". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi