Rəşad Sadıqov: "Komanda tarixinin ən vacib qələbələrindən birini qazandıq"

Rəşad Sadıqov: "Komanda tarixinin ən vacib qələbələrindən birini qazandıq" "Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik"
Futbol
4 Noyabr , 2016 04:54
Rəşad Sadıqov: Komanda tarixinin ən vacib qələbələrindən birini qazandıq

Yunanıstan, Saloniki. 4 noyabr. REPORT.AZ/ "Komanda tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik

"Report" xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinun IV turunda Yunanıstan PAOK-u ilə keçirilmiş oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Qələbə münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsən?

- Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.

Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə Maksim Medvedev də az qala bu təxribata gedəcəkdi...

- Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilərdi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.

Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?

- PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odu ki, qol buraxmadıq.

Qələbə komandada bir arxaynlıq yaradarmı?

- Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindi.

2 il əvvəl İtaliya “İnter”i ilə o məlum matçdan sonra demişdin ki, “bu mənim son şansım idi”. İndi necə düşünürsən?

- Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəyəm.

Son xəbərlər

Orphus sistemi