Rəşad Sadıqov: "İrlandiya ilə görüşdə buraxdığımız qol bizi ruhdan salmamalıdır"

Rəşad Sadıqov: "İrlandiya ilə görüşdə buraxdığımız qol bizi ruhdan salmamalıdır" "Qələbə də qazana bilərdik"
Futbol
28 Mart , 2018 14:46
Rəşad Sadıqov: İrlandiya ilə görüşdə buraxdığımız qol bizi ruhdan salmamalıdır

Bakı. 28 mart. REPORT.AZ/ "Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdir, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, göstərdikləri mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm". 

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə İrlandiya yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. 

Gənc mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "Bəli, oyun rəqibin üstünlüyü ilə keçdi. Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq". 

R.Sadıqov onu da bildirib ki, bu qol milli komandanı ruhdan salmamalıdır: "Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəydi. Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdir, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”. 

Qeyd edək ki, Azərbaycan millisi İrlandiyaya 90+9-cu dəqiqədə buraxdığı qolla uduzub. 

Son xəbərlər

Orphus sistemi