"Qarabağ"ın kapitanı: "Deyib-gülməyimiz rəqibin "Neftçi" olması ilə bağlı deyil"

"Qarabağ"ın kapitanı: "Deyib-gülməyimiz rəqibin "Neftçi" olması ilə bağlı deyil" Bakı. 31 yanvar. REPORT.AZ/ Komandamızda hər zaman daxili atmosfer yaxşı olur. Bu gün deyib-gülməyimiz rəqibin Neftçi olması ilə bağlı deyil.
Futbol
31 Yanvar , 2019 16:29
Qarabağın kapitanı: Deyib-gülməyimiz rəqibin Neftçi olması ilə bağlı deyil
"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov j / Report / Firi Salim

Bakı. 31 yanvar. REPORT.AZ/ "Komandamızda hər zaman daxili atmosfer yaxşı olur. Bu gün deyib-gülməyimiz rəqibin "Neftçi" olması ilə bağlı deyil".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacaqları "Neftçi" ilə matç barədə danışarkən deyib.

37 yaşlı müdafiəçi psixoloji üstünlüyün rəqiblərinin tərəfində olduğunu vurğulayıb: "Son illər belə duruma düşməmişdik. Biz də bu oyuna yaxşı hazırlaşırıq, yoxlama matçlarını izləmişik. Bütün rəqiblər güclənib. 14 görüşümüzün hamısı çətin olacaq". 

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi