Rəşad Sadıqov: "Bizi ağır oyun gözlədiyini hər birimiz anlayırıq" - FOTO

Rəşad Sadıqov: "Bizi ağır oyun gözlədiyini hər birimiz anlayırıq" - FOTO Bakı. 20 noyabr. REPORT.AZ/ Farer adaları üzərində qələbə qazandıqdan və bu oyunun həlledici olacağı dəqiqləşdikdən sonra matçı tribunadan canlı izləməyi, komandamıza azarkeşlik etməyi qərara aldım.
Futbol
20 Noyabr , 2018 23:40
Rəşad Sadıqov: Bizi ağır oyun gözlədiyini hər birimiz anlayırıq - FOTO

Bakı. 20 noyabr. REPORT.AZ/ "Farer adaları üzərində qələbə qazandıqdan və bu oyunun həlledici olacağı dəqiqləşdikdən sonra matçı tribunadan canlı izləməyi, komandamıza azarkeşlik etməyi qərara aldım".

Bunu "Report"un Priştinaya ezam olunmuş əməkdaşına açıqlamasında KosovoAzərbaycan yığmaları arasındakı UEFA Millətlər Liqasının oyununu canlı izləyən 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

36 yaşlı müdafiəçi yığmadan səfər matçında qələbə gözlədiyini bildirib: "Hamı kimi mən də qələbə qazanmağımızı istəyirəm. Amma bizi ağır oyunun gözlədiyini hər birimiz anlayırıq. Komandamıza uğurlar arzulayıram".

Sadıqov Bosniya və Herseqovinaya 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra birbaşa Kosovoya gələrkən heç bir problem yaşamadığını da əlavə edib: "Bir neçə sual verdilər. Oyuna gəldiyimi dedim və məni buraxdılar".

Qeyd edək ki, "Fadil Vokrri" stadionunda keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi